ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü mənimsəmədə ittiham olunur

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü mənimsəmədə ittiham olunur Konqresmen pulun bir hissəsinin geri qaytardığını bildirib
Digər ölkələr
24 Mart , 2017 14:06
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü mənimsəmədə ittiham olunur

Bakı. 24 mart. REPORT.AZ/ ABŞ Nümayəndələr Palatasının Kaliforniya ştatından olan respublikaçı üzvü Dunkan Hanter mənimsəmədə şübhəli bilinir.

"Report”un "The Wall Street Journal”a istinadən verdiyi xəbərə görə, Hanter seçki kampaniyasının maliyyələşdirilməsi üçün nəzərdə tutulan on minlərlə dolları ailə səyahətləri, bəzək əşyaları, qida məhsulları, məktəb forması və digər şəxsi məqsədlər üçün xərcləyib.

Qeyd edilir ki, məsələ ABŞ Ədliyyə Departamentinin diqqətindən yayınmayıb. Hanterin vəkilləri təkid edir ki, konqresmen pulun bir hissəsini artıq geri qaytarıb.

Son xəbərlər

Orphus sistemi