Birləşmiş Ştatlar Konqresinin binasına xüsusi təyinatlılar yeridildi

Birləşmiş Ştatlar Konqresinin binasına xüsusi təyinatlılar yeridildi ABŞ-ın xüsusi təyinatlıları Konqresin binasına daxil olub.
Digər ölkələr
7 Yanvar , 2021 01:39
Birləşmiş Ştatlar Konqresinin binasına xüsusi təyinatlılar yeridildi
0 : 00
0 : 00

ABŞ-ın xüsusi təyinatlıları Konqresin binasına daxil olub.

"Report" xəbər verir ki, bu barədə NBC teleklanalı məlumat yayıb.

Xüsusi təyinatlılar Konqresə dəhliz vasitəsilə daxil olublar. "Federal Təhqiqat Bürosunun xüsusi təyinatlı komandası Kapitoli kompleksindədir", - telekanal bildirib.

Qeyd edilir ki, hazırda etirazçıların bir qismi Konqresin binasındadır. Xüsusi təyinatlıların sayı isə onlarladır.

Xatırladaq ki, ABŞ-ın hazırkı prezidenti Donald Tramp və tərəfdarları ölkədə ötən il noyabrın 3-də keçirilmiş prezident seçkilərinin nəticələrini tanımır, Co Baydenin qələbəsini qəbul etmirlər. Xatırladaq ki, Kapitoli binasında Donald Trampın tərəfdarları ilə polis əməkdaşları arasında toqquşmalar baş verib. Nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq ediblər. Hadisə zamanı bir neçə nəfər də gözündən xəsarət alıb.

Toqquşmalar atışma ilə müşayiət edilib, nəticədə azı 5 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır. Yaralılar arasında azı bir qadın da var.

Toqquşmalarla əlaqədar ABŞ Senatı iclasını yarımçıq dayandırıb. Daha sonra Nümayəndələr Palatası iclasını yarımçıq kəsib. Hər iki palatanın üzvləri binadan təxliyə ediliblər.

Son xəbərlər

Orphus sistemi