ABŞ Konqresi vergi islahatını qəbul edib

ABŞ Konqresi vergi islahatını qəbul edib Donald Tramp öz seçkiqabağı verdiyi vədlərdən birini yerinə yetirib
Digər ölkələr
20 Dekabr , 2017 22:36
ABŞ Konqresi vergi islahatını qəbul edib

Bakı. 20 dekabr. REPORT.AZ/ ABŞ Konqresi 30 il ərzində ən böyük vergi islahatı haqqında qanun qəbul edib.

“Report” NBC-yə istinadən xəbər verir ki, iclasda layihəni 224 qanunverici dəstəkləyib.

Ağ evin "Twitter" bloquna yerləşdirilən məlumatda bildirilir ki, ABŞ prezidenti Donald Tramp öz seçkiqabağı verdiyi vədlərdən birini yerinə yetirib.

Respublika Partiyasının rəsmi "Twitter" səhifəsində isə qeyd olunub ki, Konqresin islahatları təsdiq etməsindən sonra, sənədi Tramp imzalayacaq.

Son xəbərlər

Orphus sistemi