ABŞ Konqresi Suriya və onun müttəfiqlərinə qarşı sanksiyalara dair layihə qəbul edib

ABŞ Konqresi Suriya və onun müttəfiqlərinə qarşı sanksiyalara dair layihə qəbul edib Sanksiyalar iqtisadiyyatın hərbi döyüşləri aparmaq üçün lazım olan sektorlarına yönəldilib
Digər ölkələr
16 Noyabr , 2016 08:46
ABŞ Konqresi Suriya və onun müttəfiqlərinə qarşı sanksiyalara dair layihə qəbul edib

Bakı. 16 noyabr. REPORT.AZ/ ABŞ Konqresinin Nümayəndələr Palatası çərşənbə axşamı Suriya prezidenti Bəşər Əsəd hökuməti, həmçinin Rusiya və İran daxil olmaqla ona dəstək göstərən ölkələrə qarşı sanksiyaların tətbiq edilməsini nəzərdə tutan qanun layihəsi qəbul edib.

"Report" xəbər verir ki, palatanın Xarici İşlər Komitəsinin rəhbəri Ed Roysun sözlərinə görə, sanksiyalar iqtisadiyyatın Suriya hökumətinə hərbi döyüşləri aparmaq üçün lazım olan bütöv sektorlarına yönəlib.

"Bu qanun layihəsi Əsəd rejimi ilə iş görməkdə davam edən şəxslərə qarşı sanksiyaların tətbiqini nəzərdə tutur", - deyə təşəbbüsü hazırlayan demokrat konqresmen Eliot Engel bildirib.

Son xəbərlər

Orphus sistemi