ABŞ Konqresi koronavirusa görə ziyarət üçün bağlandı

ABŞ Konqresi koronavirusa görə ziyarət üçün bağlandı ABŞ Konqresi yeni koronavirusun yayılması ilə əlaqədar olaraq, görülən tədbirlər çərçivəsində bu gündən etibarən aprelin 1-dək ictimaiyyətin üzünə qapılarını bağlayır.
Digər ölkələr
12 Mart , 2020 20:56
ABŞ Konqresi koronavirusa görə ziyarət üçün bağlandı

ABŞ Konqresi yeni koronavirusun yayılması ilə əlaqədar olaraq, görülən tədbirlər çərçivəsində bu gündən etibarən aprelin 1-dək ictimaiyyətin üzünə qapılarını bağlayır.

“Report” xəbər verir ki, bu barədə Senat və Nümayəndələr palatasının birgə bəyanatında bildirilir.

Qeyd edək ki, senatorlar, jurnalistlər, rəsmi heyətlər Konqresin binasına həmişəki qaydada girə biləcəklər.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 125 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 130 238-ə çatıb. Bunların 68 677 nəfəri sağalıb, 4 756 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi