ABŞ Konqresi İranda keçirilən aksiyaları dəstəkləyən qətnamə qəbul edib

ABŞ Konqresi İranda keçirilən aksiyaları dəstəkləyən qətnamə qəbul edib ABŞ Konqresinin Nümayəndələr Palatası İranda keçirilən etiraz aksiyalarını dəstəkləyən qətnamə qəbul edib.
Digər ölkələr
26 Yanvar , 2023 10:14
ABŞ Konqresi İranda keçirilən aksiyaları dəstəkləyən qətnamə qəbul edib

ABŞ Konqresinin Nümayəndələr Palatası İranda keçirilən etiraz aksiyalarını dəstəkləyən qətnamə qəbul edib.

“Report” xəbər verir ki, məlumatı “The Hill” yayıb.

Bildirilib ki, 420 konqresmen sənədin lehinə, Respublikaçılar Partiyasının nümayəndəsi, Kentuki ştatından olan deputat Tomas Messi isə əleyhinə səs verib.

Qətnamədə Məhsa Əmininin vəhşicəsinə döyülərək qətlə yetirilməsi mühakimə olunub. Konqresmenlər sənəddə İran rejiminin nümayişlərdə iştirak edən qadınlara və kişilərə, o cümlədən uşaqlara qarşı vəhşicəsinə aparılan repressiyaları sərt şəkildə pisləyib. Onlar eləcə də təhlükəsizlik qüvvələri tərəfindən aksiya iştirakçılarının öldürülməsinə görə cavabdehlik tələb ediblər.

Qətnamənin həmmüəlliflərindən biri olan Coş Qotteymer bildirib ki, İran terrorçuluğu dəstəkləyən aparıcı dövlətlərdəndir: “Biz İranın despot rejimə qarşı mübarizə aparan cəsarətli xalqını dəstəkləməliyik. Bu sənədi qəbul etməklə cəsarətli insanları dəstəklədiyimizi, habelə İranda olduğu kimi, bütün dünyada azadlıq və insan haqlarının qorunmasına sadiqliyimizi açıq-aydın anladırıq”.

Son xəbərlər

Orphus sistemi