ABŞ Konqresi bu həftə Ukraynaya 40 milyard dollarlıq yardım paketinə səs verə bilər

ABŞ Konqresi bu həftə Ukraynaya 40 milyard dollarlıq yardım paketinə səs verə bilər Ukraynaya 40 milyard ABŞ dollarına yaxın yardım paketinin bu həftə ABŞ Nümayəndələr Palatasında səsverməyə çıxarılacağı gözlənilir.
Digər ölkələr
10 May , 2022 01:36
ABŞ Konqresi bu həftə Ukraynaya 40 milyard dollarlıq yardım paketinə səs verə bilər

Ukraynaya 40 milyard ABŞ dollarına yaxın yardım paketinin bu həftə ABŞ Nümayəndələr Palatasında səsverməyə çıxarılacağı gözlənilir.

“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” Demokratlar Partiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, müvafiq paket çərşənbə axşamı ( 12 may – red) konqresmenlərin təsdiqinə təqdim edilə bilər.

Ötən həftə ABŞ prezidenti Cozef Bayden Ukraynaya əlavə hərbi yardım elan edib. Eyni zamanda, Amerika lideri xatırladıb ki, Konqres tərəfindən Ukraynaya bu cür yardımın göstərilməsi üçün ayrılan vəsait demək olar ki, tükənib. Bununla bağlı dövlət başçısı yenidən qanunvericiləri Vaşinqton administrasiyasının Kiyevə əlavə 33 milyard ABŞ dolları yardım üçün göndərdiyi sorğunu təsdiqləməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi