ABŞ Konqresi 1,2 trilyon dollarlıq infrastruktur paketini təsdiq edib

ABŞ Konqresi 1,2 trilyon dollarlıq infrastruktur paketini təsdiq edib ABŞ Konqresinin Nümayəndələr Palatası 1,3 trilyon dollarlıq infrastrukturun inkişafı planını təsdiqləyib.
Digər ölkələr
6 Noyabr , 2021 07:33
ABŞ Konqresi 1,2 trilyon dollarlıq infrastruktur paketini təsdiq edib

ABŞ Konqresinin Nümayəndələr Palatası 1,2 trilyon dollarlıq infrastrukturun inkişafı planını təsdiqləyib.

“Report” xəbər verir ki, təşəbbüs cari ilin avqust ayında Konqresin Senatı tərəfindən təsdiqlənib, indi o, ölkə prezidenti Co Baydenin masasına göndərilib.

Qeyd olunub ki, ABŞ lideri yaxın vaxtlarda onu imzalayacaq.

Paketə təxminən 550 milyard dollarlıq yeni xərclər daxildir ki, bu məbləğ ölkədə yollar, su şəbəkləri və genişzolaqlı internetə çıxışın yaxşılaşdırılmasına sərf ediləcək.

Son xəbərlər

Orphus sistemi