Bakı. 2 oktyabr. REPORT.AZ/ ABŞ-ın Oreqon ştatının "Oregon’s Umpqua Community College" tədris müəssisəsində naməlum şəxs atəş açaraq ən azı 10 nəfəri qətlə yetirib.
"Report" xəbər verir ki, silahlı insident nəticəsində daha 20 nəfər yaralanıb.
"Q13fox" telekanalının məlumatına görə, naməlum şəxs atəşi birbaşa siniflərdən birində açıb. Onun zərərsizləşdirildiyi bildirilir.
Hadisənin səbəbləri və ölənlərin dəqiq sayı müəyyənləşdirilir. Hazırda tələbələr kollec binasından bayıra buraxılmır.