​ABŞ kəşfiyyatının agenti Rusiyaya casusluqda ittiham edilir

​ABŞ kəşfiyyatının agenti Rusiyaya casusluqda ittiham edilir Günahını etiraf edəcəyi halda Castis 20 il azadlıqdan məhrum olunacaq
Digər ölkələr
9 İyul , 2016 06:32
​ABŞ kəşfiyyatının agenti Rusiyaya casusluqda ittiham edilir

Bakı. 9 iyul. REPORT.AZ/ ABŞ Federal Təhqiqat Bürosunun (FTB) agenti ölkəsinin dövlət sirlərini, o cümlədən hərbi peyklərin texniki xüsusiyyətlərini Rusiyaya satmaqda ittiham olunur.

"Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

İnfromasiyaya görə, 49 yaşlı mühəndis Qreqori Allane Castis FTB-nin agenti olaraq 2000-ci ildən ABŞ Müdafiə Nazirliyində peyklərin quraşdırılması ilə məşğul olub. O, müstəntiqlərə etiraf edib ki, onu bu yola vadar edən guya həyat yoldaşının ciddi xəstəliyidir.

"Castis öz tamahını ABŞ-ın texnologiyalar haqda gizli informasiyalarını xarici dövlətin casusuna satmaqda milli təhlükəsizlik maraqlarından üstün tutub", - deyə, ABŞ baş prokurorunun milli təhlükəsizlik məsələləri üzrə müavini Con Karlin bildirib.

Məlumatda bildirilib ki, günahını etiraf edəcəyi halda Castis 20 il azadlıqdan məhrum olunacaq. Məhkəmə dinləməsinin tarixi hələlik təyin edilməyib. 

Son xəbərlər

Orphus sistemi