ABŞ Ukrayna qüvvələrinin effektiv müdafiə əməliyyatlarını aparmaq imkanını məhdudlaşdırır.
“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb.
Qeyd olunub ki, buna əsas səbəb Vaşinqtonun Kiyevə yardımı ilə bağlı dava edən gecikmələrdir: “Bu, həmçinin Rusiyaya çevik hücum əməliyyatlara aparmağa kömək edir. Gələcəkdə Rusiya ciddi uğurlar əldə edə bilər”.
Hesabatda, həmçinin bildirilib ki, ABŞ-nin hərbi yardımında gecikmələr Ukraynanın texnika ehtiyatında da ciddi çatışmazlıq yaradıb: “Ukrayna məhdud hava hücumundan müdafiə sistemlərinə malikdir”.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl deyib ki, ABŞ-nin dəstəyi olmadan Kiyev müharibədə qalib gələ bilməyəcək.