"İran qarşıdakı qış aylarında qaz çatışmazlığı ilə üzləşə bilər".
"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
Bildirilib ki, İran Prezidenti İbrahim Rəisi dekabrın 21-də qaza qənaət edilməsi barədə danışıb: "O, enerji istehlakının azaldılması haqqında göstərişlər verib. Hökumət rəsmiləri qaz çatışmazlığından narahat olduqlarını söyləyiblər. Bu problem mövcud rejim əleyhinə narazılıqları daha da alovlandıra bilər".
İnstitut həmçinin İranla Səudiyyə Ərəbistanı arasındakı münasibətlərdən yazıb: "İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan dekabrın 21-də Əmmanda keçirilən Əməkdaşlıq və Tərəfdaşlıq üzrə Bağdad Konfransı çərçivəsində səudiyyəli həmkarı Feysəl bin Fərhan Al Səud ilə görüşüb. Abdullahiyan bildirib ki, İran Səudiyyə Ərəbistanı ilə münasibətləri bərpa etməyə hazırdır".