ABŞ İnstitutu: “Çin və Rusiya arasında Ukraynadakı müharibə ilə bağlı ziddiyyətlər var”

ABŞ İnstitutu: “Çin və Rusiya arasında Ukraynadakı müharibə ilə bağlı ziddiyyətlər var” “Çin və Rusiya arasında Ukraynadakı müharibə ilə bağlı ziddiyətlər var”.
Digər ölkələr
9 Avqust , 2023 09:22
ABŞ İnstitutu: “Çin və Rusiya arasında Ukraynadakı müharibə ilə bağlı ziddiyyətlər var”

“Çin və Rusiya arasında Ukraynadakı müharibə ilə bağlı ziddiyyətlər yaranıb”.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Məlumata görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Çin Kommunist Partiyasının Xarici İşlər üzrə Mərkəzi Komissiya Ofisinin direktoru Vanq Yi arasında aparılan danışıqlar göstərir ki, müharibəni dayandırmaq üçün təklif olunan nizamlamalar məsələsində Moskva ilə Pekin arasında getdikcə fikir ayrılıqları yaranır.

Amerikalı analitiklərin fikrincə, Rusiya ilə Çin arasında fikir ayrılıqlarının yaranması gözlənilən olub.

Həmçinin bildirilib ki, Rusiya Ukraynadakı hərbi texniki itkilərini kompensasiya etmək üçün sovet dövründən qalma ehtiyatından istifadə etməyə davam edir.

Qeyd edək ki, S.Lavrovla V.Yi avqustun 7-də telefonla danışıblar. Tərəflər Ukraynadakı müharibəni müzakirə ediblər.

Onlar həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi