KİV: ABŞ-ın yeni baş kəşfiyyatçısı məlum oldu

KİV: ABŞ-ın yeni baş kəşfiyyatçısı məlum oldu ABŞ Konqresi Senatının Kəşfiyyat üzrə xüsusi komitəsi çərşənbə axşamı səsvermənin gedişatında Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri vəzifəsinə Birləşmiş Ştatların Rusiya Federasiyasındakı keçmiş səfiri Uilyam Bernsin təyinatını dəstəkləyib
Digər ölkələr
105
3 Mart , 2021 04:59
KİV: ABŞ-ın yeni baş kəşfiyyatçısı məlum oldu
Uilyam Berns

ABŞ Konqresi Senatının Kəşfiyyat üzrə xüsusi komitəsi çərşənbə axşamı keçirilən səsvermənin gedişatında Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru vəzifəsinə Birləşmiş Ştatların Rusiya Federasiyasındakı keçmiş səfiri Uilyam Bernsin təyinatını dəstəkləyib.

Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.

Məlumata görə, komitə üzvləri Bernsə yekdilliklə səs veriblər. İndi onun MKİ-nin rəhbəri vəzifəsinə təyinatı məsələsinə Senat tam heyətdə səs verməlidir.

Berns 2005-ci ildən 2008-ci ilə qədər ABŞ-ın Rusiya Federasiyasında səfiri olub. O, 2011-2014-cü illərdə Dövlət Departamenti rəhbərinin müavini vəzifəsində çalışıb. Berns 33 illik diplomatik karyerasından sonra 2014-cü ildə xarici xidmətdən təqaüdə çıxıb və hazırda Karneqi Fonuna rəhbərlik edir. Yerli mətbuat Senatın Bernsə səs verəcəyini vurğulayır.

Daha əvvəl ABŞ Prezidenti Cozef Bayden Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə onun namizədliyini irəli sürüb.

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin əvvəlki direktoru Cina Haspel yanvarın 19-da vəzifəsindən istefa verib. Haspel 2018-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinə başçılıq etmiş ilk qadın olub.

Son xəbərlər

Orphus sistemi