Yuxarı
    Bağlamaq

    ABŞ-ın Tenessi ştatında meşə yanğınları nəticəsində 3 nəfər ölüb

    Yanğınlar nəticəsində ümumilikdə 250 ev məhv olub

    Bakı. 30 noyabr. REPORT.AZ/ Birləşmiş Ştatların Tenessi ştatında meşə yanğınları nəticəsində 3 nəfər həyatını itirib.

    "Report" xəbər verir ki, bu barədə Sevi dairəsinin meri Larri Uotersə istinadən AP məlumat yayıb.

    Agentliyin məlumatına görə, ən azı daha 12 nəfər yanıq xəsarəti alıb. Yanğınlar nəticəsində ümumilikdə 250 ev məhv olub. Daha çox ziyan Qatlinburq şəhərinə dəyib. Şəhər meri Mayk Uorner bildirib ki, yanğına görə artıq 14 mindən çox insan təxliyə olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi