ABŞ-ın sabiq prezidenti Corc Buş (ata) Texasda dəfn edilib - FOTO - VİDEO

ABŞ-ın sabiq prezidenti Corc Buş (ata) Texasda dəfn edilib - FOTO - VİDEO Bakı. 7 dekabr. REPORT.AZ/ ABŞ-ın sabiq prezidenti Corc Buş (ata) dəfn edilib.
Digər ölkələr
7 Dekabr , 2018 03:59
ABŞ-ın sabiq prezidenti Corc Buş (ata) Texasda dəfn edilib - FOTO - VİDEO

Bakı. 7 dekabr. REPORT.AZ/ ABŞ-ın sabiq prezidenti Corc Buş (ata) dəfn edilib.

"Report" xəbər verir ki, bu barədə Buş ailəsinin rəsmi nümayəndəsi Cim Makqrat özünün "Twitter" səhifəsində bildirib.

O, qeyd edib ki, eks prezident Texasda torpağa tapşırılıb.

"Amerika Birləşmiş Ştatlarının qırx birinci prezidenti Corc Herbert Uoker Buşun son mənzili Buş kitabxanasının ərazisi olub", - deyə o qeyd edib.

Qeyd edək ki, Corc Buş (ata) bir neçə gün bundan əvvəl 94 yaşında vəfat edib. Corc Buş Kollec-Steyşen şəhər universitetinin onun adını daşıyan prezident kitabxanasının ərazisində dəfn olunub. Sabiq dövlət başçısı ailə üzvlərinin – 7 ay əvvəl vəfat etmiş xanımı Barbaranın və 1953-cü ildə 3 yaşında dünyasını dəyişmiş qızı Robinin məzarlarının yanında torpağa tapşırılıb.

Son xəbərlər

Orphus sistemi