ABŞ-ın Rusiyaya təyin edəcəyi yeni səfirin adı məlum olub

ABŞ-ın Rusiyaya təyin edəcəyi yeni səfirin adı məlum olub Moskvadakı diplomatik missiyaya Con Hantsman rəhbərlik edəcək
Digər ölkələr
19 İyul , 2017 03:52
ABŞ-ın Rusiyaya təyin edəcəyi yeni səfirin adı məlum olub

Bakı. 19 iyul. REPORT.AZ/ Birləşmiş Ştatların Moskvadakı diplomatik missiyasının yeni rəhbəri Con Hantsman olacaq.

"Report" xəbər verir ki, bu barədə Amerika KİV-i məlumat yayıb.

Bildirilir ki, diplomat bilavasitə öz vəzifələrinin icrası ilə yanaşı, Rusiyanın ABŞ-da keçirilən prezident seçkilərinə mümkün müdaxiləsi üzrə araşdırmalarda da iştirak edəcək.

Hantsman Amerikanın Yuta ştatının qubernatoru olub, 2009-ci ildən 2011-ci ilədək isə ABŞ-ın Çindəki səfiri vəzifəsini icra edib. KİV-in məlumatına görə, Tramp Hantsmanın Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasına kömək edəcəyinə ümid bəsləyir.

Son xəbərlər

Orphus sistemi