ABŞ-ın yeni prezidenti Cozef Bayden Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru vəzifəsinə Uilyam Bernsin namizədliyini irəli sürüb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yeni dövlət başçısının keçid komandasından bildirilib.
Berns 2005-2008-ci illərdə ABŞ-ın Rusiyada fövqəladə və səlahiyyətli səfiri olub. 2009-cu ildə Kondoliza Rays istefa verəndən sonra Hillari Klinton vəzifəsinin icrasına başlayanadək bir müddət dövlət katibi postunu tutub.
Qeyd edək ki, onun namizədliyini bu posta da irəli sürmüşdülər. Ancaq sonradan Entoni Blinken dövlət katibi vəzifəsinə namizəd göstərilib.
Uilyam Berns 1956-cı il aprelin 4-də Şimali Karolinada anadan olub. 2011-2014-cü illərdə dövlət katibinin müavini işləyib. 2015-ci ildən isə Beynəlxalq Karneqi Fondunun prezidentdir.