Bakı. 22 yanvar. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriya və İraqda İŞİD terror qruplaşmasıyla mübarizə aparmaq üçün quru qoşunlarından istifadə edəcək.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Eşton Karter CNBC telekanalına müsahibəsində məlumat verib.
Xatırladaq ki, daha əvvəl Barak Obama ABŞ-ın Suriya və İraqda yeni genişmiqyaslı müharibəyə qarışmayacağını bildirmişdi. Belə ki, ötən il dekabrın 7-də xalqa müraciətində B.Obama "müharibəyə qarışmaq fikrimiz yoxdur. Bu, minlərlə hərbçinin ölümünə və resursların xərclənməsinə səbəb olacaq" demişdi.