Yuxarı

ABŞ-ın Nyu-York şəhərində baş vermiş silsilə atışmalar zamanı 9 nəfər xəsarət alıb

Cinayət hadisələrinə görə hələlik heç bir silahlı saxlanılmayıb

Bakı. 30 may. REPORT.AZ/ ABŞ-ın Nyu-York şəhərinin 4 rayonunda baş vermiş silsilə atışmalar zamanı 9 nəfər xəsarət alıb. “Report”un məlumatına görə, bu haqda "NBC" telekompaniyası məlumat yayıb.

Məlumata görə, silahlı şəxslər Manhettenin şimalında, Bruklində, Şərqi Harlemdə və Kuins rayonunda vətəndaşlara atəş açıblar.

Yaralananlardan biri hadisə zamanı Manhettenin şimalındakı idman zalında basketbol oynayan 20 yaşlı gənc olub. Bruiklində də 19 yaşlı gənc silahlı şəxsin hücumuna məruz qalıb. Habelə Şərqi Harlemin sakini də naməlum şəxsin açdığı atəş zamanı yaralanıb.

Bununla yanaşı, cinayətkarlar Kuins raytonunda iki qadını və üç kişini odlu silahdan açılan atəşlə yaralayıblar.

Daha bir cinayət hadisəsi Steyten-Aylenddə baş verib. Burada da bir kişi başından yaralanıb.

Polisdən verilən məlumata görə, baş vermiş cinayət hadisələrinə görə hələlik heç bir silahlı saxlanılmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi