Yuxarı

​ABŞ-ın Nebraska ştatı ölüm hökmünü ləğv edir

Bu, 40 il ərzində sözügedən hökmü ləğv edən ilk ştat olub

Bakı. 28 may. REPORT.AZ/ Amerikanın Nebraska ştatı son 40 ildə ölüm hökmünü ləğv edən ilk mühafizəkar ştat olub.

"Report" xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazıb.

Məlumata görə, qərarın "lehinə" 30, "əleyhinə" isə 19 deputat səs verib.

Qeyd olunur ki, ştatın qubernatoru Pit Riketts ölüm hökmünün tərəfdarıdır və fəal şəkildə onun saxlanmasının təbliğatı ilə məşğul olub.

Bundan əvvəl ABŞ-ın Konnektikut ştatında ölüm hökmünün ləğv olunduğu xəbər verilmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi