ABŞ-ın müdafiə naziri: “Ukraynanın NATO-ya daxil olması məsələsinə baxılmır”

ABŞ-ın müdafiə naziri: “Ukraynanın NATO-ya daxil olması məsələsinə baxılmır” “Hazırda Ukraynanın NATO-ya daxil olması məsələsinə baxılmır”.
Digər ölkələr
27 Aprel , 2022 03:35
ABŞ-ın müdafiə naziri: “Ukraynanın NATO-ya daxil olması məsələsinə baxılmır”

“Hazırda Ukraynanın NATO-ya daxil olması məsələsinə baxılmır”.

“Report” xəbər verir ki, bunu “Fox News”a müsahibəsində ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.

Ostin Ukrayna Prezidenti Volodimir Zelenski ilə ölkənin NATO-ya daxil olma imkanını müzakirə edib-etməməsi ilə bağlı sualı cavablandırarkən deyib: “Bu mövzuda spekulyasiya etmək istəməzdim. Bu, suveren seçimdir, suveren qərardır. İndi bu məsələyə baxılmır”.

2008-ci ilin aprelində Buxarestdə keçirilən NATO sammitində Ukrayna və Gürcüstanın nəticədə alyansa üzv olacağına dair siyasi bəyanat qəbul edilib, lakin hər iki ölkəyə təşkilata üzv olmaq üçün hüquqi prosedurun ilk addımı olan Üzvlük Fəaliyyət Planın təqdim edilməyib.

Son xəbərlər

Orphus sistemi