ABŞ-ın müdafiə naziri İraq Kürdüstanının paytaxtı Ərbilə gedib

ABŞ-ın müdafiə naziri İraq Kürdüstanının paytaxtı Ərbilə gedib Eşton Karter ötən gün İraqın baş naziri ilə görüşüb
Digər ölkələr
23 Oktyabr , 2016 17:54
ABŞ-ın müdafiə naziri İraq Kürdüstanının paytaxtı Ərbilə gedib

Bakı. 23 oktyabr. REPORT.AZ/ Pentaqon rəhbəri Eşton Karter bu gün İraqın kürd regional vilayətinin paytaxtı Ərbilə səfər edib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, Karter ötən gün Bağdadda İraqın baş naziri Heydər əl-Abadi ilə görüşüb.

Pentaqon rəhbəri oktyabrın 21-də Bağdad və Ankara arasında iki ildən artıqdır ki, İŞİD terror təşkilatının nəzarəti altında olan Mosul şəhəri ərazisində əməliyyatların aparılması üzrə razılaşma əldə olunduğu barədə xəbər vermişdi.

"Türkiyə və İraq Mosulda İŞİD-ə qarşı əməliyyat aparmaq məsələsi üzrə prinsipial razılıq əldə edib", - deyə Karter bildirib.

Son xəbərlər

Orphus sistemi