ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru bu gün İsrailə səfər edəcək

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru bu gün İsrailə səfər edəcək ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Berns bu gün İsrailə səfər edəcək.
Digər ölkələr
10 Avqust , 2021 03:10
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru bu gün İsrailə səfər edəcək
Uilyam Berns

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Berns bu gün İsrailə səfər edəcək.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Qeyd edilir ki, onun İsrailin baş naziri Naftali Bennet və "Mossad"ın rəhbəri David Barnea ilə regional və İran mövzuları üzrə danışıqlar aparması planlaşdırılıb.

Məlumata görə, Berns MKİ-nin başçısı vəzifəsinin icrasına başladıqdan sonra özünün birinci səfərini İsrailə edəcək və 2021-ci ilin iyunundan "Mossada" başçılıq etməyə başlayan Barneanın qonağı olacaq. Danışıqların İran nüvə proqramına və Tehranın regiondakı fəaliyyətinə həsr ediləcəyi gözlənilir.

Berns səfərin gedişatında həmçinin yəhudi dövlətinin müdafiə və kəşfiyyat idarələrinin digər rəsmi şəxsləri ilə görüşəcək.

Son xəbərlər

Orphus sistemi