ABŞ-ın Meksikadakı konsulluğu qarşısında partlayış törədilib

ABŞ-ın Meksikadakı konsulluğu qarşısında partlayış törədilib Bakı. 2 dekabr. REPORT.AZ/ ABŞ-ın Meksikanın Qvadalaxara şəhərindəki konsulluğunun binası qarşısında partlayış törədilib.
Digər ölkələr
2 Dekabr , 2018 04:17
ABŞ-ın Meksikadakı konsulluğu qarşısında partlayış törədilib

Bakı. 2 dekabr. REPORT.AZ/ ABŞ-ın Meksikanın Qvadalaxara şəhərindəki konsulluğunun binası qarşısında partlayış törədilib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə regionun Baş Prokurorluğu özünün "Twitter" səhifəsində məlumat yayıb.

Məlumatda partlayış zamanı xəsarət alanların olub-olmaması barədə xəbər verilmir. Qeyd edilir ki, hüquq-mühafizə orqanları faktla bağlı təhqiqat aparır.

"Televisa" telekanalının məlumatına görə, naməlum şəxs partlayıcı qurğunu binaya tərəf atıb və bundan sonra qaçaraq gizlənib. Partlayış zamanı binaya cüzi zərər dəyib.

Qeyri-rəsmi məlumata görə, hadisə yerindən qumbara qəlpələri tapılıb. 

Son xəbərlər

Orphus sistemi