ABŞ-ın Liviyadakı səfirinin qətlində mühüm rol oynamış terrorçu tutulub

ABŞ-ın Liviyadakı səfirinin qətlində mühüm rol oynamış terrorçu tutulub Qətl hadisəsi 2012-ci ilin sentyabrında Benqazidə baş verib
Digər ölkələr
31 Oktyabr , 2017 05:10
ABŞ-ın Liviyadakı səfirinin qətlində mühüm rol oynamış terrorçu tutulub

Bakı. 31 oktyabr. REPORT.AZ/ ABŞ Silahlı Qüvvələrinin xüsusi əməliyyatlar komandanlığı Amerikanın Liviyadakı səfiri Kristofer Stivensin qətlində mühüm rol oynamış terrorçunu yaxalayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi "Associated Press" məlumat yayıb.

Hadisənin təfərrüatları açıqlanmır.

Qətl 11 sentyabr 2012-ci ildə ABŞ-ın Benqazi şəhərindəki diplomatik nümayəndəliyinə hücum zamanı törədilib. Stivenslə yanaşı daha 3 amerikalı həlak olub.

Son xəbərlər

Orphus sistemi