​ABŞ-ın kruiz gəmisində 97 nəfər zəhərlənib

​ABŞ-ın kruiz gəmisində 97 nəfər zəhərlənib Baham adalarına yollanan "Disney Wonder" geri qayıdıb
Digər ölkələr
2 May , 2016 23:13
​ABŞ-ın kruiz gəmisində 97 nəfər zəhərlənib

Bakı. 3 May. REPORT.AZ/ ABŞ-ın Baham adaları istiqamətində üzən "Disney Wonder" kruiz gəmisində 92 sərnişin və 5 heyət üzvü naməlum bağırsaq xəstəliyinə yoluxub. Gəmi kapitanı səyahəti dayandırmaq və Mayami şəhərinə (Florida ştatı) geri qayıtmaq məcburiyyətində qalıb.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Xəstəliklərin Nəzarəti və Profilaktikası Mərkəzinin məlumatında bildirilir.

Şənbə günü Baham adalarına yollanan "Disney Wonder"in göyərtəsində 2,7 min sərnişin və təqribən min nəfər heyət üzvü var. Gəmi Mayamiyə ötən gecə qayıdıb. Xəstəliyə yoluxanlar xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi