ABŞ-ın Kolorado ştatındakı Animas çayı parlaq xardal rənginə boyanıb

ABŞ-ın Kolorado ştatındakı Animas çayı parlaq xardal rənginə boyanıb Uzunluğu 200 kilometrdən çox olan çay yaxın ərazidəki yaşayış məntəqələrinin içməli su mənbəyidir
Digər ölkələr
9 Avqust , 2015 05:30
ABŞ-ın Kolorado ştatındakı Animas çayı parlaq xardal rənginə boyanıb

Bakı. 9 avqust. REPORT.AZ/ ABŞ-ın Kolorado ştatındakı Animas çayı parlaq xardal rənginə boyanıb.

"Report"un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, buna səbəb suya dörd milyon litrdən çox toksik maddənin axıdılması olub. Suda aparılan testlər göstərir ki, çayın turşuluq səviyyəsi 100 dəfə çoxalıb. Bu, rayonun flora və faunasına ciddi zərər verə biləcək həddir.

Belə böyük miqyasda çirklənmənin səbəbi insanların laqeydlik göstərərək bu barədə müvafiq qurumlara məlumat verməməsi olub. Təbiətə vurulan zərəri ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyinin əməkdaşları qızıl yatağında təmizlik işləri apararkən təsadüfən görüblər. Uzunluğu 200 kilometrdən çox olan çay yaxın ərazidəki yaşayış məntəqələrinin içməli su mənbəyidir. Agentlik dəymiş ziyanın aradan qaldırılması üçün məsuliyyəti öz üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi