ABŞ-ın Kentukki ştatında atışma olub, 4 nəfər yaralanıb

ABŞ-ın Kentukki ştatında atışma olub, 4 nəfər yaralanıb İnsident zamanı neçə nəfərin atəş açdığı məlum deyil
Digər ölkələr
25 Noyabr , 2016 00:55
ABŞ-ın Kentukki ştatında atışma olub, 4 nəfər yaralanıb

Bakı. 25 noyabr. REPORT.AZ/ Birləşmiş Ştatların Kentukki ştatının Luisvill şəhəri ətrafında baş verən atışma nəticəsində ən azı 4 nəfər odlu silah yarası alıb.

"Report" xəbər verir ki, bu barədə hadisə şahidlərinə və yerli polisə istinadən "Wave 3 News" telekanalı məlumat yayıb.

Yaralıların vəziyyəti barədə hazırda məlumat yoxdur, həmçinin neçə nəfərin atəş açdığı və polisin onların şəxsiyyətini müəyyən edib-etmədiyi barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi