ABŞ-ın Los-Anceles şəhəri yaxınlığındakı Aqua-Dulse (Kaliforniya ştatı) şəhərinin yanğınsöndürmə stansiyasında baş verən atışma nəticəsində azı 1 nəfər həlak olub.
“Report” xəbər verir ki, bu barədə
Məlumata görə, hadisə yerli vaxtla saat 10:55-də (Bakı vaxtı ilə saat 21:55) olub. Yanğınsöndürmə hissəsinin binasında atəş açılıb. Hadisəni törədən şəxsin stansiyanın əməkdaşlarından biri olduğu təxmin edilir. Asayiş keşikçilərinin məlumatına görə, cinayətkar hadisə yerindən qaçaraq gizlənib və öz evinin yaxınlığında barrikada qurub. Televiziya şirkəti qeyd edib ki, cinayətkar öz evində baş vermiş yanğın nəticəsində həlak olub.
Atışma nəticəsində azı bir yanğınsöndürən həlak olub. Daha bir nəfər yaralanıb, o, yaxınlıqdakı xəstəxanaya çatdırılıb.
Polis hadisə ilə bağlı araşdırma aparır.