ABŞ-ın İraqdakı səfirliyinə raket atılıb

ABŞ-ın İraqdakı səfirliyinə raket atılıb ABŞ-ın İraqın paytaxtı Bağdad şəhərindəki səfirliyinin ərazisinə iki raket atılıb.
Digər ölkələr
29 İyul , 2021 12:13
ABŞ-ın İraqdakı səfirliyinə raket atılıb

ABŞ-ın İraqın paytaxtı Bağdad şəhərindəki səfirliyinin ərazisinə iki raket atılıb.

“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, məlumatı “Sabrine News” telekanalı yayıb.

Məlumata görə, raketlər diplomatik missiyanın ərazisində yerləşən əl-Tavhid bazasına düşüb. Müdafiə sistemi raketləri zərərsizləşdirə bilməyib. Atəş zamanı ABŞ səfirliyində həyəcan siqnalı verilməyib.

İtki və dağıntı barədə hələlik məlumat yayılmayıb.

Son xəbərlər

Orphus sistemi