ABŞ-ın ikinci ən böyük naziri məlum oldu

ABŞ-ın ikinci ən böyük naziri məlum oldu ABŞ Konqresinin Senatı namizədliyi Cozef Bayden tərəfindən irəli sürülmüş Denis Makdonounu Veteranların işləri üzrə nazir vəzifəsinə təsdiqləyib
Digər ölkələr
9 Fevral , 2021 03:34
ABŞ-ın ikinci ən böyük naziri məlum oldu
Denis Makdonou

ABŞ Konqresinin Senatı namizədliyi bazar ertəsi prezident Cozef Bayden tərəfindən irəli sürülmüş Denis Makdonounu Veteranların işləri üzrə nazir vəzifəsinə təsdiqləyib.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Məlumata görə, onun təyinatına 87 senator səs verib, senatorlardan 7-si qərarın əleyhinə çıxıb.

Əlli bir yaşlı Makdonou yaxın vaxtlarda and içəcək.

O, daha əvvəl ABŞ-ın 44-cü prezidenti Barak Obamanın administrasiyasında Ağ Ev əməkdaşlarının Aparat rəhbərinin postunu tutub. Makdonou həmçinin Obamanın Milli təhlükəsizlik üzrə köməkçisinin müavini olub.

Qeyd edək ki, Veteranların işləri üzrə Nazirlik böyüklüyünə görə ABŞ-da ikinci hökumət idarəsidir.

Son xəbərlər

Orphus sistemi