Bakı. 13 noyabr. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp iki yüksək vəzifəli şəxsi istefaya göndərməyə hazırlaşır.
“Report” ABS telekanalına istinadən xəbər verir ki, bunlar ABŞ-ın daxili təhlükəsizlik naziri Kirsten Nilsen və Ağ Evin Aparat rəhbəri Con Kellidir.
Hətta C.Kellinin yerinə ABŞ-ın vitse-prezidentinin Aparat rəhbəri Nik Ayersin namizədliyi daha çox ehtimal edilir.