ABŞ-ın iki ştatında bir gündə yüzlərlə məktəb bağlanıb

ABŞ-ın iki ştatında bir gündə yüzlərlə məktəb bağlanıb Buna müəllimlərin etiraz nümayişləri səbəb olub
Digər ölkələr
3 Aprel , 2018 05:22
ABŞ-ın iki ştatında bir gündə yüzlərlə məktəb bağlanıb

Bakı. 3 aprel. REPORT.AZ/ Amerikanın Oklahoma və Kentukki ştatlarında müəllimlərin mitinqləri səbəbindən yüzlərlə məktəb öz işini dayandırmalı olub.

“Report” xəbər verir ki, bu barədə CBS teleşirkəti məlumat yayıb.

Bildirilir ki, müəllimlər nümayişlərdə iştirak etmək üçün iki ştatında paytaxtına yollanıblar. Onlar əmək haqlarının və məktəblərə ayrılan maliyyənin artırılmasını tələb edirlər.

Telekanalın məlumatına görə, təkcə Oklahomada 36 min müəllim etiraz aksiyasına qoşulub.

Son xəbərlər

Orphus sistemi