Yuxarı
    Bağlamaq

    ​ABŞ-ın hərbi təyyarəsi qəzaya uğrayıb

    Heyət üzvlərindən heç kim xəsarət almayıb

    Bakı. 19 may. REPORT.AZ/ ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "B-52" bombardmançı təyyarəsi "Andersen" həbri bazasından havaya qalxdıqdan sonra Sakit okeanda yerləşən Quam adasında qəzaya uğrayıb.

    "Report" xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

    Xəbərə görə, göyərtəsində 7 ekipaj üzvü olan "B-52" təyyarəsi yerə düşən kimi yanıb. Heyət üzvlərindən heç kim xəsarət almayıb.

    İnformasiyada bildirilib ki, bu bombardmançı 60 ildən artıqdır ABŞ Hərbi Hava Qüvvələrinin balansındadır. "B-52" təyyarələri bir çox müharibədə, o cümlədən Əfqanıstan, Vyetnam savaşlarında istifadə olunub. 

    2008-ci ildə də Quamda belə bir bombardmançı təyyarə qəzaya uğramışdı. Həmin qəzada təyyarə heyətinin 6 üzvü həlak olmuşdu. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi