ABŞ-ın hərbi karvanına hücum olub, yaralananlar var

ABŞ-ın hərbi karvanına hücum olub, yaralananlar var Suriyanın Deyr-əz-Zor əyalətində ABŞ hərbçiləri və terrorçu təşkilat Kürd İşçi Partiyasının (PKK) Suriya cinahı olan “Suriyanın demokratik qüvvələri” (YPG) silahlı qruplaşmasının yaraqlılarının olduğu hərbi karvan silahlı hücuma məruz qalıb.
Digər ölkələr
27 May , 2020 08:22
ABŞ-ın hərbi karvanına hücum olub, yaralananlar var

Suriyanın Deyr-əz-Zor əyalətində ABŞ hərbçiləri və terrorçu təşkilat Kürd İşçi Partiyasının (PKK) Suriya cinahı olan “Suriyanın demokratik qüvvələri” (YPG) silahlı qruplaşmasının yaraqlılarının olduğu hərbi karvan silahlı hücuma məruz qalıb.

“Report” xəbər verir ki, bu barədə Suriyanın dövlət agentliyi “SANA” mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, nəticədə ABŞ qüvvələrinin üç hərbçisi və YPG -nin beş yaraqlısı xəsarət alıb.

Hücum Ruşid kəndi yaxınlığında baş verib. Naməlum şəxslər avtomat silahlardan və qumbaraatanlardan istifadə ediblər.

Xatırladaq ki, son zamanlar Deyr-əz-Zor əyalətində ABŞ hərbçilərinə qarşı hücumlar intensivləşib. Sonuncu dəfə baş verən silahı hücum zamanı iki amerikalı hərbçi itkin düşüb. 

Son xəbərlər

Orphus sistemi