ABŞ-ın hərbi təyyarələri toqquşub, ölən və yaralananlar var

ABŞ-ın hərbi təyyarələri toqquşub, ölən və yaralananlar var ABŞ-ın Texas ştatındakı Laflin Hərbi Hava Qüvvələri bazasında iki "T-38C Talon" təlim təyyarəsinin iştirakı ilə baş verən qəzada bir pilot həlak olub, ikisi müxtəlif dərəcədə ağır yaralanıb.
Digər ölkələr
101
20 Noyabr , 2021 06:25
ABŞ-ın hərbi təyyarələri toqquşub, ölən və yaralananlar var

ABŞ-ın Texas ştatındakı Laflin Hərbi Hava Qüvvələri bazasında iki "T-38C Talon" təlim təyyarəsinin iştirakı ilə baş verən qəzada bir pilot həlak olub, ikisi müxtəlif dərəcədə ağır yaralanıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumat bazanın saytında yer alıb.

Hərbçilərin məlumatına görə, xəsarət alan pilotlardan birinə tibb məntəqəsində yardım göstərilib və evə buraxılıb, digəri isə ağır vəziyyətdə tibbi aviasiya tərəfindən xəstəxanaya aparılıb.

Hadisənin digər təfərrüatları hələlik açıqlanmır.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi