ABŞ-ın hərbi gəmisi Cənubi Çin dənizindəki mübahisəli əraziyə yaxınlaşıb

ABŞ-ın hərbi gəmisi Cənubi Çin dənizindəki mübahisəli əraziyə yaxınlaşıb Misçif rifi Çin, Vyetnam, Tayvan və Filippin arasında mübahisə mövzusudur
Digər ölkələr
25 May , 2017 04:42
ABŞ-ın hərbi gəmisi Cənubi Çin dənizindəki mübahisəli əraziyə yaxınlaşıb
Foto: Asiya dəniz şəffaflıq təşəbbüsü

Bakı. 25 may. REPORT.AZ/ ABŞ-ın hərbi gəmisi Cənubi Çin dənizində yerləşən Spartli arxipelaqında Çinin tutduğu Misçif rifinə 12 dəniz milindən çox yaxınlaşıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" yazıb.

Hazırda bu rif Çin, Vyetnam, Tayvan və Filippin arasında mübahisə mövzusudur.

Mənbələrin məlumatına görə, gəmi bu mübahisəli ərazi ilə bağlı Vaşinqtonun mövqeyini nümayiş etdirmək üçün prezident Donald Trampın tapşırığına əsasən adaya yaxınlaşıb.

2015-ci ilədək Misçif su altında olub, lakin Çin onu su üzərinə "çıxardaraq" üzərində hərbi baza inşa edib. 

Son xəbərlər

Orphus sistemi