Bakı. 2 dekabr. REPORT.AZ/ ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin beşinci donanmasının komandanı Bəhreyndəki iqamətgahında ölü tapılıb.
"Report" xəbər verir ki, bu barədə CNN ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin bəyanatına istinadən məlumat yayıb.
Bəyanatda qeyd edilir ki, hazırda onun ölümünün zorakılıqla bağlı olmasına dair şübhəyə əsas yoxdur. Beşinci donanmanın nəzarəti altına Hind okeanının qərb hissəsi və Fars körfəzi daxildir. Donanma əsasən Manamaya (Bəhreyn) əsaslanır.