ABŞ-ın hakimiyyət orqanları Las-Veqas hadisəsi qurbanlarının kimliyini müəyyənləşdirib

ABŞ-ın hakimiyyət orqanları Las-Veqas hadisəsi qurbanlarının kimliyini müəyyənləşdirib "Biz üç nəfərdən başqa hamının şəxsiyyətini müəyyənləşdirdik", - deyə polis rəisi bildirib
Digər ölkələr
4 Oktyabr , 2017 02:07
ABŞ-ın hakimiyyət orqanları Las-Veqas hadisəsi qurbanlarının kimliyini müəyyənləşdirib
Getty İmages

Bakı. 4 oktyabr. REPORT.AZ/ ABŞ-ın hakimiyyət orqanları Nevada ştatının Las-Veqas şəhərində baş vermiş qanlı hadisəsi qurbanlarının kimliyini müəyyənləşdirib.

"Report" "CNN"ə istinadən xəbər verir ki, bu barədə Las-Veqasın polis rəisi Cozef Lombardo bildirib.

"Biz üç nəfərdən başqa hamının şəxsiyyətini müəyyənləşdirdik", - deyə o bildirib.

Bazar günü axşam "Mandalay Bay" əyləncə kompleksi yaxınlığında atışma olub. Polisin məlumatına görə, 32-ci mərtəbədən Nevadanın 64 yaşlı sakini Stiven Peddok atəş açıb.

O, polis gələnə qədər özünü öldürüb. Son xəbərlərə görə, hadisə nəticəsində 59 nəfər həlak olub, 520-dən çox insan xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi