ABŞ-da federal hakim Əbu Qreyb şəkillərinin açıqlanması barədə hökm çıxarıb

ABŞ-da federal hakim Əbu Qreyb şəkillərinin açıqlanması barədə hökm çıxarıb Hakim şəkillərin hökumət tərəfindən açıqlanması barədə hökm çıxarıb
Digər ölkələr
21 Mart , 2015 19:57
ABŞ-da federal hakim Əbu Qreyb şəkillərinin açıqlanması barədə hökm çıxarıb

Bakı. 21 mart. REPORT.AZ/ ABŞ-ın federal hakimi hökumətin İraqın Əbu Qreyb həbsxanasında məhbuslarla davranışı nümayiş etdirən şəkillərin açıqlanması barədə hökm çıxarıb.

"Report"un Amerikanın Səsinə istinadən verdiyi xəbərə görə, hakim Alvin Hellerşteynin qərarı iki aydan sonra qüvvəyə minəcək. Bu müddət hökumətə apellyasiya imkanı vermiş olacaq.

Amerikanın Vətəndaş Azadlıqları Birliyi 2004-cü ildə şəkillərin açıqlanması ilə bağlı məhkəməyə müraciət edib. Birlik şəkillərin məhbuslara qarşı təzyiqlərə görə hökumətin məsuliyyət daşıdığına dair debatlar üçün mühüm olduğunu deyir.

Əbu Qreybdə çəkilən şəkillər məhbusların işgəncələrə məruz qaldığına dair mübahisələrə yol açıb.

2009-cu ildə Konqres amerikalıların təhlükəsizliyi baxımından onların məxfi saxlanmasına dair qərar qəbul etmişdi.

Son xəbərlər

Orphus sistemi