ABŞ-ın əsas bazalarından birində iki meyit aşkarlanıb

ABŞ-ın əsas bazalarından birində iki meyit aşkarlanıb Orada 50 300 hərbçi xidmət edir.
Digər ölkələr
4 Dekabr , 2020 17:08
ABŞ-ın əsas bazalarından birində iki meyit aşkarlanıb

ABŞ-ın Şimali Karolina ştatında Fort-Breqq hərbi bazasının poliqonunda iki kişi meyiti aşkarlanıb.

“Report” “Stars and Stripes”a istinadən xəbər verir ki, bu barədə hərbçilər bildirib.

Baza təmsilçisinin sözlərinə görə, həmin meyitlərin rəsmi təlimlərlə heç bir əlaqəsi yoxdur.

Hadisə ilə bağlı ABŞ-ın Quru Qoşunları komandanlığı xüsusi araşdırmaya başlayıb.

Məlumata görə, Fort-Breqq ABŞ-ın əsas hərbi bazalarındandır. Orada 50 300 hərbçi xidmət edir. Onun sahəsi 68 min ha-ya yaxındır. Bu ilin əvvəlindən bazada 31 hərbçi ölüb. Onların yarısının intihar etdiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi