Yuxarı

ABŞ-ın energetika üzrə xüsusi elçisi Səudiyyə Ərəbistanı və Livana gedib

Səfər mayın 22-də başlanıb və 25-dək davam edəcək

Bakı. 24 may. REPORT.AZ/ Birləşmiş Ştatların energetikada beynəlxalq münasibətlər məsələləri üzrə xüsusi elçisi Amos Hokstin hökumət nümayəndələri ilə görüşmək və əməkdaşlığı müzakirə etmək üçün Səudiyyə Ərəbistanı və Livana gedib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilir.

İdarənin məlumatına görə, səfər mayın 22-də başlanıb aə 25-dək davam edəcək.

"O, Səudiyyə Ərəbistanında energetika üzrə əməkdaşlıq və şaxələndirmə məsələlərini müzakirə etmək üçün hökumət və enerji sektorunun nümayəndələri ilə görüşəcək", — deyə məlumatda bildirilir.

Qeyd olunur ki, Hokstin Livanda paytaxt Beyrutda keçiriləcək enerji forumunda iştirak edəcək. Bundan əlavə o, Livan hökumətinin üzvləri ilə görüşəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi