ABŞ-ın energetika naziri Rik Perri noyabrın sonunda vəzifəsindən istefa verə bilər.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Politico" qəzeti bildirib.
Nəşr qeyd edir ki, Perrinin mayda prezident Vladimir Zelenskinin inaqurasiyasında iştirak etmək üçün ABŞ-ın nümayəndə heyətinin başçısı kimi Ukraynaya səfəri onu impiçment işi çərçivəsində işinin araşdırılmasına səbəb olub.
Bununla yanaşı, qəzetin bir sıra müsahibləri iddia edir ki, gələcək kadr dəyişikliyi Ukrayna mövzusu ilə bağlı deyil. Perrinin yerinə onun birinci müavini Dena Bruyettanın təyin ediləcəyi güman edilir.
Nəşrin bu informasiyasını şərh edən