ABŞ-ın Əfqanıstana endirdiyi hava zərbəsi nəticəsində 40 İŞİD silahlısı məhv edilib

ABŞ-ın Əfqanıstana endirdiyi hava zərbəsi nəticəsində 40 İŞİD silahlısı məhv edilib Zərbə nəticəsində həmçinin terrorçuların silah ehtiyatı da məhv edilib
Digər ölkələr
22 Oktyabr , 2017 15:18
ABŞ-ın Əfqanıstana endirdiyi hava zərbəsi nəticəsində 40 İŞİD silahlısı məhv edilib

Bakı. 22 oktyabr. REPORT.AZ/ ABŞ-ın Hərbi Hava Qüvvələri İŞİD terror qruplaşmasının təlim düşərgəsinə hava zərbəsi endirib.

"Report"un məlumatına görə, bu barədə "Khaama Press" agentliyi xəbər verib.

Qeyd edilir ki, əməliyyat ölkənin şərqindəki Nanqarhar vilayətində keçirilib. Zərbə nəticəsində azı 40 silahlı məhv edilib.

Yerli təhlükəsizlik orqanı məmurunun sözlərinə görə, hava zərbəsi nəticəsində həmçinin terrorçuların silah ehtiyatı və partlayıcı vasitələri də məhv edilib.

Hakimiyyət orqanları rəsmilərinin məlumatında bildirilir ki, düşərgədə kamikadzelər hazırlanırmış.

Son xəbərlər

Orphus sistemi