ABŞ-ın Ədliyyə Nazirliyi Fətullah Gülənin ekstradisiyasına dair sualları cavabsız buraxıb

ABŞ-ın Ədliyyə Nazirliyi Fətullah Gülənin ekstradisiyasına dair sualları cavabsız buraxıb Nazirlik agentliyin sorğusuna "mövzu ilə bağlı şərh vermirik" cavabını verib
Digər ölkələr
26 Noyabr , 2016 08:32
ABŞ-ın Ədliyyə Nazirliyi Fətullah Gülənin ekstradisiyasına dair sualları cavabsız buraxıb

Bakı. 26 noyabr. REPORT.AZ/ ABŞ-ın Ədliyyə Nazirliyi iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd göstərmiş FETÖ rəhbəri Fətullah Gülənin həbsi və Türkiyəyə ekstradisiyası məsələsində hələ də sükut nümayiş etdirir.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Ədliyyə Nazirliyi və onun tabeliyindəki xüsusi qurum Fətullah Gülənin həbsi və Türkiyəyə ekstradisiyası ilə bağlı bu günə kimi hər hansı açıqlama yaymayıb. Nazirlik "Anadolu" agentliyinin bununla bağlı sorğusuna "Bu mövzu ilə bağlı şərh vermirik" cavabını verib. Bununla yanaşı, ABŞ-ın Xarici İşlər Nazirliyi də "Anadolu" agentliyinin mövzu ilə bağlı suallarına "Müsahibiniz Ədliyyə Nazirliyidir" – cavabını verərək, agentliyə sualları həmin quruma ünvanlamağı tövsiyə edib.

Qeyd edək ki, Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ oktyabrın sonunda ABŞ-a səfəri zamanı amerikalı həmkarı Loretta Linç ilə görüşərək, bu məsələni müzakirə edib.  

Son xəbərlər

Orphus sistemi