ABŞ-ın dövlət katibi Orta Şərqdə səfərdədir

ABŞ-ın dövlət katibi Orta Şərqdə səfərdədir O, İsrail və Fələstindən sonra Misir və İordaniyaya yola düşəcək
Digər ölkələr
25 May , 2021 11:57
ABŞ-ın dövlət katibi Orta Şərqdə səfərdədir
Entoni Blinken

ABŞ-ın dövlət katibi Entoni Blinken mayın 25-də İsrailə səfər edib.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, onu Ben-Qurion hava limanında İsrailin xarici işlər naziri Qabi Aşkinazi qarşılayıb.

Entoni Blinken səfər zamanı keçirdiyi görüşlərdə mayın 21-də İsraillə “Həmas” təşkilatı arasında əldə edilən atəşkəsin dəstəklənməsi və Qəzza zolağına humanitar yardımın çatdırılması kimi məsələləri müzakirə edəcək.

Dövlət katibi mayın 25-də İsrailin baş naziri Binyamin Netanyahu, xarici işlər naziri Qabi Aşkinazi ilə görüşəndən sonra Fələstinə, Ramallaha yola düşəcək. O, Fələstinin dövlət başçısı Mahmud Abbas və baş nazir Məhəmməd İştiyyə ilə görüşəcək.

O, İsrail və Fələstindən sonra Misir və İordaniyaya yola düşəcək.

İngilis versiyası Blinken visiting Middle East

Son xəbərlər

Orphus sistemi