ABŞ-ın dövlət katibi İtaliyaya səfər edəcək

ABŞ-ın dövlət katibi İtaliyaya səfər edəcək Səfərdə məqsəd "Böyük-7"liyin ("G7") xarici işlər nazirlərinin iclasında iştirak etməkdir
Digər ölkələr
6 Aprel , 2017 07:10
ABŞ-ın dövlət katibi İtaliyaya səfər edəcək

Bakı. 6 aprel. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Reks Tillerson aprelin 9-da İtaliyaya üç günlük səfər edəcək.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, səfərdə məqsəd "Böyük-7"liyin ("G7") xarici işlər nazirlərinin iclasında iştirak etməkdir.

ABŞ-ın Dövlət Departamentində Tillersonun İtaliyaya səfərinin Ağ Evin rəhbəri Donald Trampın bu ölkəyə qarşıdan gələn səfəri nöqteyi-nəzərdən əhəmiyyətli olduğunu qeyd ediblər. Qeyd edək ki, Tramp da İtaliyaya "Böyük-7"lərin ("G7") liderlərinin sammitində iştirak etmək üçün səfər edəcək.

Tilllerson həmçinin aprelin 12-də Rusiyaya da səfər edəcək. O, rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. Görüşdə Ukrayna böhranı, Suriya və Şimali Koreya ətrafında baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq. 

Son xəbərlər

Orphus sistemi