ABŞ-ın dövlət katibi azərbaycanlılara və digər xalqlara Novruz təbriki ünvanlayıb

ABŞ-ın dövlət katibi azərbaycanlılara və digər xalqlara Novruz təbriki ünvanlayıb Reks Tillerson Novruzun hamıya sülh və firavanlıq bəxş edəcəyinə inamını ifadə edib
Digər ölkələr
21 Mart , 2017 14:22
ABŞ-ın dövlət katibi azərbaycanlılara və digər xalqlara Novruz təbriki ünvanlayıb
Courtesy İmage

Bakı. 21 mart. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Reks Tillerson azərbaycanlılara və digər xalqlara Novruz təbriki ünvanlayıb.

"Report" xəbər verir ki, ABŞ Dövlət Departamentinin saytında Reks Tillersonun baharın gəlişini qeyd edən bir sıra ölkələrin xalqlarına Novruz bayramı münasibərilə arzuları ifadə edilib.

Reks Tillerson Azərbaycan, Türkiyə, Türkmənistan, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Pakistan, Əfqanıstan, Tacikistan, Özbəkistan və digər ölkələrdə milyonlarla insanın bayramı xüsusi olaraq qeyd etdiyini vurğulayaraq amerikalıların da bu ənənəyə qoşulduqlarını bildirib. O, təbrik məktubunda Novruzun hamıya sülh və firavanlıq bəxş edəcəyinə inamını ifadə edib.   

Son xəbərlər

Orphus sistemi