Yuxarı
    Bağlamaq

    ​ABŞ dövlət katibi Avropa və Orta Şərqə səfərə çıxır

    O, səfər çərçivəsində Suriya böhranı, İŞİD-ə qarşı mübarizə, Ukraynadakı hadisələr və İsrail-Fələstin arasındakı gərginliyi müzakirə edəcək

    Bakı. 21 oktyabr. REPORT.AZ/ ABŞ dövlət katibi Con Kerrinin Avropa və Orta Şərqə səfəri başlayır.

    "Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

    Məlumata görə, səfər oktyabrın 21-dən 25-dək sürəcək.

    Con Kerri səfər çərçivəsində Suriya böhranı, İŞİD-ə qarşı mübarizə, Ukraynadakı hadisələr və İsrail-Fələstin arasındakı gərginliyi müzakirə edəcək.

    ABŞ dövlət katibi İsrailin baş naziri Binyamin Netanyahu, Fələstin dövlətinin başçısı Mahmud Abbas, habelə Türkiyə, Rusiya, Səudiyyə Ərəbistanı və İordaniyanın xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi